Şrift:
Ermənilərin 1918-ci ilin martında törətdiyi vəhşiliklər bəşəri cinayətdir
31.03.2021 [11:21] - Gündəm, Gənclik, Bildiriş
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında və aprelin əvvəlində Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törədib, on minlərlə soydaşımızı qətlə yetiriblər. Ermənilərin 1918-ci ilin martında törətdiyi vəhşiliklər insanlığa sığmayan bəşəri cinayətdir.

Bu fikirlər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Tərtər rayon Heydər Əliyev Mərkəzi və Tərtər rayon Gənc Mədəniyyət İşçilərinin Koordinasiya kreativ qrupunun birgə keçirtdiyi “Tarixin gerçəkləri” adlı onlayn tədbirdə səsləndirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, mərkəzin əməkdaşları Nəcmiyyə Zeynalzadə, Mərziyə Əmirxanlı, Fəridə Süleymanova və başqaları çıxış edərək, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən, 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlardan danışıblar. Bildirilib ki, Azərbaycanın qədim torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün görünməmiş cinayətlər, vəhşiliklər törədiblər. Təkcə 1918-ci ilin mart hadisələri zamanı həyata keçirilən kütləvi qırğınlar zamanı on minlərlə soydaşımız qətlə yetirilib.

Vurğulanıb ki, ermənilərin törətdikləri bu qırğınların, vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün hər bir kəs, xüsusən də gənclər fəal olmalıdır.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed