Şrift:
Seyid Muxtar əl-Musəvi: Azərbaycan xalqı əmin olsun ki, türkmən eli hər zaman onların yanındadır
06.04.2021 [10:04] - Xəbərlər, Siyasət
Biz İraq türkmənləri olaraq Azərbaycanın öz ərazilərini düşmən işğalından azad etməsinə, ərazi bütövlüyünün bərpa olunmasına çox sevinir və bundan fərəhlənirik. İraq xalqı Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəsini birmənalı olaraq dəstəkləyib. Azərbaycan xalqı əmin olsun ki, türkmən eli hər zaman onların yanındadır.

Bunu açıqlamasında İraq Parlamentinin nümayəndə heyətinin üzvü Seyid Muxtar əl-Musəvi deyib.

Deputat bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsi dövründə İraq türkmənlərinin ürəyi azərbaycanlılarla döyünüb. “Bizim dinimiz, dilimiz birdir. Hər zaman qardaş Azərbaycan xalqına dəstək verməyə hazırıq. Qarabağın işğaldan azad olunması bizləri çox sevindirdi, Qələbə Gününü biz də bayram etdik. Bu, böyük uğur, böyük qələbədir”, - deyə o qeyd edib.

Seyid Muxtar əl-Musəvi ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə də toxunub. Diqqətə çatdırıb ki, xalqlarımızı birləşdirən digər mühüm amil böyük ustad Füzulinin yaradıcılığıdır.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed