Şrift:
Siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb
07.04.2021 [14:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu hüquqdan dəfələrlə müraciətdən sonra və çox hallarda girov qarşılığında az sayda məhbus istifadə edə bilir. Bir çox siyasi məhbuslar hələ də bu hüquqdan məhrumdurlar.

Abbas Lisaninin müalicə üçün məzuniyyətə buraxılması qarşılığında girov qoyulmasına, bütün hüquqi prosedurların yerinə yetirilməsinə baxmayaraq həbsxana məsulları “yuxarılardan bu barədə yazılı göstəriş olmalıdır” bəhanəsi ilə ona məzuniyyət verməkdən boyun qaçırırlar.



Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil zindanının 2-ci bəndində 2 illik həbs cəzasını çəkir.

Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüblər.

Milli fəallar gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham olunaraq mühakimə olunub və iki il həbsə məhkum ediliblər.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed