Şrift:
Astarada Aprel döyüşlərinə həsr olunan videokonfrans keçirilib
08.04.2021 [09:59] - Gündəm, Sosial
Aprelin 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər və Astara Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “Aprel savaşı-Böyük zəfərin müqəddiməsi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda təşkilatçı qurumların kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mövzuyla bağlı çıxışlarda 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızın geri alındığı qeyd edilib. Bu qələbələrin şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb.

Çıxış edənlər həmçinin, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu diqqətə çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed