Şrift:
Təbrizli həkim Tehranın Evin zindanında aclıq elan edib
29.11.2012 [14:34] - Güney Azərbaycan xəbərləri
Təbrizli həkim Tehranın Evin zindanında aclıq elan edib. Dr. Əsədullah Əsədinin aclıq aksiyası 11 gündür davam edir. Onun səhhətinin yaxşı olmadığı bildirilir.

Əsədi aclığa müalicəsinə imkan verilmədinə etiraz olaraq başlayıb. Son 29 ayı İttilaat idarəsinin təcridxanası və Evin həbsxanasında keçirən həkim işgəncələr və təzyiqlərə görə iki dəfə intihara cəhd edib.

Əsədullah Əsədi İrana qarşı olan dövlətlərlə əməkdaşlıq və Hizbi Xəlqi Müsəlmani partiyasına üzvlükdə ittiham edilərək, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin onun cəzası Ali Məhkəmənin qərarı ilə 5 ilə endirilib.

Son vaxtlar İran həbsxanalarında aclıq keçirənlərin sayı artıb. Onlar arasında olan Nəsrin Sutudə artıq 42 gündür aclıq aksiyası keçirir.
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed