Şrift:
Türkiyə Superliqası: "Beşiktaş" qazandığı qələbə sayəsində turnir cədvəlində liderliyini qoruyub
08.04.2021 [10:04] - Gündəm, İdman
Aprelin 7-də futbol üzrə Türkiyə çempionatının XXXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Alanyaspor”u qəbul edib

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqların qapısından üç cavabsız top keçirib. Oyunda vurulan qolların müəllifləri Cenk Tosun, Raçid Qezzal və Georges Kevin Nkoudou olub.

Günün digər matçlarında isə "Sivasspor" səfərdə "Antalyaspor"u 4:2 hesabı ilə udub. "Gənclərbirliyi" - "Ərzurumspor" və "Konyaspor" - "Ankaragücü" matçları 1:1 hesablı bərabərliklə başa çatıb.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 67 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 62 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 61 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXIII turda “Qalatasaray” istirahət edib.
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed