Şrift:
"İranda türk ailənin türkcə zəfəri"-Türkiyə mətbuatı “Ayıl”dan yazdı
08.04.2021 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qeyd olunub ki, Ərdəbildə yaşayan Güney azərbaycanlı musiqiçi və sənətçi Səccad Colaninin 9 ay mübarizədən sonra qızına verdiyi “Ayıl” adı aprelin 6-da rəsmən qeydiyyata alınıb. Colani bu adla qızına şəxsiyyət vəsiqəsi ala bilib.

Bu xəbər Güney Azərbaycan Milli Hərəkatına bağlı media orqanları ilə yanaşı Türkiyənin aparıcı mətbuat orqanlarında da geniş yayılıb.

“İranda türk ata qızına türkcə ad vermək mücadiləsini qazandı”, “İranda Azərbaycan Türkü ailənin türkcə zəfəri”, “Ayıl kimliyinə qovuşdu”-mövzu ilə bağlı xəbərlər bu başlıqlarla verilib.

Xəbər Türkiyənin “Anadolu” xəbər agentliyi, “CCN TURK” televizya kanalı, “Miliyyət”, “Yenişafak”, “Posta”, “Star” qəzetləri, “TRTTURK”, “Haber7”, “Takvim” və “İstiklal” xəbər saytlarında geniş şəkildə yayınlanıb.

Otən ilin yayında ərdəbilli sənətçi Səccad Colani Ərdəbil Qeydiyyat İdarəsinin qarşısında yayınladığı etiraz video klipində bu barədə məlumat verib.

Bildirib ki, qurumun məsulları onun qızına seçdiyi “Ayıl” adının qeydə alınmasının uyğunluğunu araşdırmaq üçün Tehran Qeydiyyat İdarəsində fars dili mütəxəssislərindən ibarət üç nəfərlik heyətə göndəriblər və heyət bu adın qeydiyyata alınması barədə mənfi rəy verib.

Colani qeyd edib ki, bu əngəl təkcə "Ayıl" adının Qeydiyyat İdarəsinin "Adlar siyahısı"nda olmaması ilə bağlı deyil.

Həm də “Ayıl” adının daşıdığı məna ilə bağlıdır.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed