Şrift:
İrandan Azərbaycana təklif
30.11.2012 [09:53] - Gündəm, İqtisadiyyat
Təkliflə bağlı İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat yayılıb.
Məlumata görə, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycanın Ticarət və Sənaye Palatasının birinci sədr müavini Niyaz Əlizadə ilə görüşüb.
Görüşdə İranın Azərbaycandakı səfiri Pakayin iki ölkə arasında ticarət əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb.
Pakayin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün İran və Azərbaycan müştərək ticarət palatalarının təsis olunmasını təklif edib və deyib ki, viza rejiminin sadələşdirilməsi və taariflərin tənzimlənməsi hər iki ölkənin özəl sektorunun fəaliyyətinə geniş imkanlar yaradacaq.
Qeyde edək ki, qərb ölkələrinin ağır sanksiyalarına məruz qalan İranın ölkə iqtisadi durmadan geriləməkdədir. Məhz bu səbəbdən İran ticari əlaqələrin mümkün olduğu ölkələrlə, əməkdaşlığı gücləndirməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 1515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed