Şrift:
MMA döyüşçümüz Nəriman Abbasov çempion titulunu qoruyub
12.04.2021 [07:17] - Xəbərlər, İdman
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

İdmançımız “AMC Fight Night100” çərçivəsində rusiyalı Şamil Amirovla qarşılaşıb. Moskvada keçirilən döyüşdə N.Abbasov rəqibini məğlubiyyətə uğradıb. Bununla da təmsilçimiz yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci qələbəsi olub.

Xatırladaq ki, Nəriman Abbasov ümumilikdə, 29 döyüşün 26-da qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed