Şrift:
DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
15.04.2021 [06:19] - Xəbərlər, Hüquq
Daxili İşlər Nazirliyi (DİN) aprelin 14-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 35 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed