Şrift:
İranın nüvə proqramına dair Vyana danışıqlarına gələn həftəyədək fasilə verilib
21.04.2021 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranla bağlanmış nüvə sazişini xilas etmək üçün aparılan Vyana danışıqlarında iştirakçı ölkələr daxili məsləhətləşmələrin aparılması məqsədilə danışıqların dayandırılması və növbəti həftə davam etdirilməsi barədə razılaşıblar. Bu barədə məlumatı Rusiya tərəfindən danışıqlara rəhbərlik edən səfir Mixail Ulyanov sosial media hesabında paylaşıb.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir M.Ulyanov Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə komissiyanın sazişin bərpası istiqamətində əldə edilən irəliləyişdən məmnun qaldığını bildirib. Eyni zamanda, danışıqlarda əldə olunan irəliləyişi nəzərə alaraq komissiya sazişin tam bərpasına aparacaq addımların ardıcıllığını müəyyənləşdirmək üçün üçüncü bir ekspert qrupu da yaradıb.

Çin təmsilçisi Vanq Qunun mətbuata verdiyi açıqlamaya görə, tərəflər danışıqların həlli üçün layihələr üzərində işə başlayıblar və yekun sənədin nə cür olacağı barədə fikirlər tədricən aydınlaşır. Onun bildirib ki, hazırda əsas məsələ İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına nail olmaqdır.

İranın xarici işlər nazirinin müavini Abbas Ərakçının isə danışıqlar zamanı nüvə sazişinə sadiq qalan beş ölkə ilə “müvəqqəti razılaşma” bağlanması imkanını rədd edib və sanksiyaların tam şəkildə ləğvini tələb edib.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed