Şrift:
2400 PKK-çı təslim olub
30.10.2011 [22:17] - Güney Azərbaycan xəbərləri
Ümumilikdə 3400 terrorçu zərərsizləşdirilib

Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin açıqlaması: “Çevik polis alayı və polisin iştirak etdiyi əməliyyatlarda 3400 PKK üzvü zərərsizləşdirilib. Bunlardan 2400 nəfəri təslim olub.


Davam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terror təşkilatı PKK-nın “bura heç bir qüvvə girə bilməz” deyə iddia etdiyi düşərgələrinin vurulması və son dövrdəki hərbi əməliyyatların nəticəsində bu günə qədər 3400 terrorçu yararsız hala gətirilib. Bütün bunlar, eyni zamanda çoxlu terrorçunun ölü olaraq ələ keçirilməsi, tutulması və təslim olması PKK-nın üst qurumu olan KCK–nın məsələyə mudaxiləsinə səbəb oldu. Belə ki, KCK PKK terror təşkilatına üzv qazandırmaq üçün müxtəlif bəhanələrlə gəncləri dağa çağırmağa başlayıb”.
Bundan əlavə Şahin, təşkilatın daxilində özbaşınalıqların olduğunu vurğulayıb: “Təşkilatda ciddi bir narahatlıq var. Biz bu günə qədər 3400 nəfər terrorçunu ələ keçirmişik. Bunların 2400-ü könüllü olaraq təslim oldu. Min nəfəri isə qonşu ölkələr başda olmaqla bəzi ölkələr tərəfindən bizə təslim edildi. 3 400 nəfər terrorçunun PKK-nın iç üzünü görərək, təşkilatdan qaçması böyük rəqəmdir "deyə bildirib.
davam.az
Bu xəbər oxucular tərəfindən 2320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed