Şrift:
Güləşçimiz Osman Nurməhəmmədov Avropa çempionatında bürünc medal qazanıb
22.04.2021 [09:53] - Gündəm, İdman
Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə alman idmançı Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayevdən üstün olub. Yarımfinala yüksələn güləşçimiz Rusiya təmsilçisi Maqomed Kurbanova məğlub olub. Bürünc medal uğrunda görüşdə ukraynalı Andril Vlasovla qarşılaşan güləşçimiz xalçadan qalib ayrılıb və Avropa çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl millimizin üzvlərindən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed