Şrift:
ABŞ səfirliyi İran və Ermənistanın Araz çayı üzərində SES tikilməsi layihəsini şərh etdi
01.12.2012 [10:32] - Gündəm, Siyasət
Bakıdakı ABŞ səfirliyi İran və Ermənistan birgə layihəsi olan Araz çayı üzərində su elektrik stansiyasının (SES) tikilməsi barədə məlumatı şərh edib.
1news.az-ın məsələ bağlı göndərdiyi sorğuya cavab olaraq, diplomatik nümayəndəlikdən gələn şərhdə deyilir:

“Biz potensial olaraq, sanksiyalara əks olan istənilən fəaliyyəti izləyirik və bu fəaliyyət nəticəsində yaranan təhlükələrə qarşı ölkələrlə işləməyə hazırıq”.

Qeyd edək ki, 1news.az-ın səfirliyə göndərdiyi sorğuda Tehrana qarşı qəbul olunan beynəlxalq sanksiyalarla əlaqəli olaraq, bu vəziyyətin izlənilməsinin vacibliyi vurğulanıb.

İranın maliyyə vəsaiti ilə tikiləcək iki SES 324 milyon dollara başa gələcək. Bundan əlavə, İran və Ermənistan daha iki birgə layihə həyata keçirməyi planlaşdırır: iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək dəmiryolu və neft məhsulları xəttinin tikintisini.
Bu xəbər oxucular tərəfindən 1894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed