Şrift:
Çində elektrik aksesuarları zavodunda baş verən yanğında 8 nəfər ölüb
23.04.2021 [11:03] - Gündəm, Hadisə
Çinin Şanxay şəhərində elektrik avadanlığı üçün aksesuarlar istehsal edən zavodda baş verən yanğında 8 nəfər ölüb.

Hadisə Cinşan rayonunda aprelin 22-də günortadan sonra baş verib. Dərhal hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Güclü yanğını söndürmək təxminən 16 saat çəkib. Aprelin 23-də hakimiyyət orqanları yanğın nəticəsində 2 yanğınsöndürən də daxil olmaqla, ölən 8 nəfərin meyitinin tapıldığını açıqlayıb.

Bədbəxt hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed