Şrift:
Türkiyə parlamentində Ermənistanın müharibə cinayətlərinə dair tədbir keçiriləcək
26.04.2021 [09:49] - Xəbərlər, Siyasət
Aprelin 26-da Türkiyə Böyük Millət Məclisində “Ermənistanın müharibə cinayətləri” mövzusunda xüsusi proqram olacaq.

Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarının araşdırılması Komissiyası tərəfindən hazırlanan, Türkiyə parlamentinin rəhbəri Mustafa Şəntopun da iştirakı ilə keçiriləcək proqrama rəsmi şəxslərin, diplomatların, elm adamlarının qatılması nəzərdə tutulub.

Proqrama “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel, “Müharibə cinayətləri” şüarı altında fotosərgi daxildir.

Təşkilat Komitəsinin məlumatında bildirilir ki, proqram təşkili 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı həyata keçirilən haqsız ittiham və iddialara qarşı ermənilərin Qarabağ müharibəsində törətdiyi savaş cinayətlərinin, insan haqq və hüquqlarının pozulması aspektindən siyasi, hüquqi və elmi baxışdan dünyaya çatdırılması yolunda mühüm əhəmiyyətli cavab məqsədi daşıyır.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed