Şrift:
Urmuda Kütləvi məzarlığın dağıdılması ilə bağlı Urmunun millət vəkilinə Müraciət ünvanlanıb
01.12.2012 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən həftələrdə Urmu şəhərində tapılan kütləvi məzarlığın izləri itirilir. Hansıki, ekspertlər onu ermənilərin soydaşlarımıza qarşı həyata keçirdiyi soyqırım aktının sübutu kimi qiymətləndirirdilər.
Artıq Qarasandıq qəbiristanlığında tapılan kütləvi məzarlıq İran rejiminin göstərişi ilə təxrib edilir və yerində inşaat işləri gedir. Bununla bağlı Azərbaycanın Qərbinin İctimai Təşkilatı Urmunun İran parlamentindəki millət vəkili Nadir Qazipura xitabən bəyanat yayıb.
Bəyanatda tarixi gerçəkliklərin Qarasandıq qəbiristanlığında sement altında gizlədildiyinə işarə edilərək, məktəbləri yenidənqurma Təşkilatı tərəfindən həmin layihənin dayandırmasını tələb ediblər. Bəyanatda həmçinin Urmunun günahsız insanlarının başına gətirilən faciənin inkarı ilə heç bir problemin həll edilməyəcəyi xatırlanır. Millət vəkilindən istənilir ki, məsələni araşdırsın və vali (ostandar) isə layihənin dayandırılmasına göstəriş versin.
Bir daha xatırladaq ki, Urmuda məktəbdə yenidənqurma işləri aparılarkən azərbaycanlıların erməni-asuri dəstələri tərəfindən kütləvi soyqırıma məruz qalmasına dair kütləvi məzarlıq aşkar edilmişdir. Lakin rejim kütləvi məzarlığın dağıdılmasına göstəriş verdi.
Bu xəbər oxucular tərəfindən 1627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed