Şrift:
Təbrizdə yanğın: 4 nəfər xəsarət alıb, xilasedici komaya düşüb
28.04.2021 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin sözcüsü Vəhid Şadiniya mətbuata verdiyi açıqlamada məlumat verib. Onun sözlərinə görə, yanğın nəticəsində ata və qızı, habelə iki xilasedici ciddi yanıq xəsarətləri alıb.

Şadiniya deyib ki, ötən gecə saat 21:00 radələrində yanğın barədə məlumat aldıqdan sonra hadisə yerinə üç yanğınsöndürmə və xilasetmə qrupu göndərilib. Yanıq xəsarətləri alan və tüsdünən zəhərlənən 45 yaşlı ata, 5 yaşlı qızı və iki xilasedici xəstəxanaya yerləşdirilib.

Təbrizin Sina xəstəxanasına yerləşdirilən yaralılardan ikisi xilasedici Saleh Amani və Behzad Sultanəlizadədir.

Bu gün səhər verilən məlumata görə, xilasedici Saleh Amaninin durumunun ağırlaşıb. Onun və komaya düşdüyü bildirilir.
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed