Şrift:
Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb
29.04.2021 [10:31] - Gündəm, Hadisə
Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb.

Kürdəmir rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunan “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə etdiyi, daşıyaraq üzərində və yaşadığı evdə saxladığı, habelə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılıb və rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı onun yaşadığı evdən külli miqdarda- 13.435 qram, üzərindən isə 1.299 qram, ümumilikdə 14.734 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Zabil Nuriyev ilkin dindirmə zamanı törətdiyi cinayət əməlini etiraf etmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed