Şrift:
İndoneziya polisi ölkə tarixində rekord miqdarda kristal metamfetamin ələ keçirib
29.04.2021 [10:45] - Gündəm, Hüquq
İndoneziyanın hüquq-mühafizə orqanları ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi ilə birlikdə ölkə tarixində rekord miqdarda – 2,5 ton ağırlığında kristal metamfetamin ələ keçirib.

İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Milli Polis İdarəsinin rəisi Listio Siqit Prabovo mətbuat konfransı zamanı məlumat verib. Bildirilir ki, Əfqanıstandan gətirilən və ümumi dəyəri 1,2 trilyon rinqit (təqribən 83 milyon dollar) olan metamfetamin aprelin 10-dan 23-dək Qərbi Cakartada və Açex əyalətində müsadirə olunub.

Qeyd edilir ki, İndoneziyada bundan əvvəlki rekord 2018-ci ilin fevralında müəyyən edilib. Həmin vaxt hüquq-mühafizə orqanları tərəfindən 1,8 ton ağırlığında narkotik maddə aşkar edilərək götürülüb.

Polis rəisinin bildirdiyinə görə, son əməliyyat zamanı 16 indoneziyalı və bir Nigeriya vətəndaşı həbs olunub, daha bir indoneziyalı güllələnib. Onlardan altısı haqqında məhkəmə tərəfindən 10 ildən ölüm cəzasınadək hökm çıxarılıb və əməliyyat zamanı onlar həbsxanada olublar. Lakin buna baxmayaraq, həmin şəxslər narkotiklərin beynəlxalq dövriyyəsinə nəzarət ediblər.

Əlavə olaraq qeyd edək ki, İndoneziyada narkotiklərin qeyri-qanuni dövriyyəsi ölüm hökmü ilə cəzalandırılır.
Bu xəbər oxucular tərəfindən 2847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed