Şrift:
Xırdalanda şəhid Fərid Məmmədovun xatirə lövhəsi və barelyefi açılıb
30.04.2021 [11:01] - Xəbərlər, Siyasət
Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun xatirə lövhəsi və barelyefinin açılışı olub.

Xırdalandakı küçələrdən birinə şəhid Fərid Məmmədovun adı verilib.

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, rayonda şəhid olan qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün lazımi tədbirlər görülür. Belə ki, I və II Qarabağ müharibəsi zamanı həyatını itirən 150-dən çox şəhidimizin adı küçələrə verilib, eyni zamanda, yeni küçələr salınıb. Həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edilib ki, Azərbaycan igid övladlarının şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində torpaqlarımızın işğalına son verilib.

Çıxışlarda şəhidin döyüş yolundan danışılıb, xatirələr yada salınıb.

Rayon rəhbərliyi şəhidin anası Kifayət Əliyeva və həyat yoldaşı Şəhla Məmmədova ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed