Şrift:
Azərbaycanın bu il ən çox məhsul aldığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin adları açıqlanıb
30.04.2021 [11:08] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanın yanvar-mart aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Malayziya qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Türkiyədən idxalın dəyəri 378 milyon 886 min ABŞ dolları, İrandan 95 milyon 999 min, Malayziyadan isə 17 milyon 442 min dollar təşkil edib.

Azərbaycan 2020-ci ilin eyni dövrünə nisbətən Türkiyədən idxalı azaldıb, İran və Malayziyadan isə artırıb.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed