Şrift:
ABŞ-da Nizami Gəncəviyə həsr olunmuş sərgi keçiriləcək
03.12.2012 [10:13] - Mədəniyyət, Diaspor
“Nizami Gəncəvi: XII əsr Azərbaycan şairinin irsi” adlı sərgidə miniatür və əlyazmalar nümayiş olunacaq
Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda “Nizami Gəncəvi: XII əsr Azərbaycan şairinin irsi” adlı miniatür və əlyazmalar sərgisi keçiriləcək. Fondun məlumatında dahi Azərbaycan şairinin dünya ədəbiyyatı və fəlsəfi fikir xəzinəsinə töhfəsindən bəhs olunur.

Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən 50-dən çox qiymətli və nadir eksponat ABŞ-ın tarixində ilk dəfə Cozefin Batler Parks Mərkəzində nümayiş etdiriləcək. Sərgi İsgəndəriyyə Kitabxanasının (Misir) və Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə ilə“Qarabağ” Fondu tərəfindən təşkil olunur.

Cozefin Batler Parks Mərkəzindən sonra sərgi “Qarabağ” Fondunun iqamətgahında özəl nümayiş etdiriləcək.

“Nizami Gəncəvi: XII əsr Azərbaycan şairinin irsi” sərgisinin baş kuratoru İsgəndəriyyə Kitabxanasının direktoru və baş kitabxanaçısı, elmlər doktoru İsmayıl Seragəldindir.
Sərgi İsgəndəriyyə Kitabxanası, Oksford, Yel, Kembric universitetləri, Yunanıstanın Milli Kitabxanası, Kəşmir Universiteti, Əlahəzrət Ağaxan Muzeyi, Viktoriya və Albert Muzeyi, Metropoliten Muzeyi, Qırğız Elmlər Akademiyası, Gürcüstan Milli Parlament Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyası, habelə 160-dan çox digər müəssisənin ekspertləri ilə əməkdaşlıq şəraitində hazırlanıb.

XIV-XVIII əsrlərə aid nadir əlyazma və miniatürlərdən ibarət bu səyyar sərgi daha əvvəl Bakı, Gəncə, Ankara, Tbilisi və Bişkekdə təqdim olunub
Bu xəbər oxucular tərəfindən 1909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed