Şrift:
Gələn il batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatına İtaliya ev sahibliyi edəcək
05.05.2021 [10:44] - Gündəm, İdman
2022-ci ildə batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatına İtaliya ev sahibliyi edəcək.

“Avropa Gimnastikası”ına istinadla xəbər verir ki, Rimini şəhərində təşkil olunacaq qitə birinciliyi iyunun 1-5-də keçiriləcək.

Sonuncu Avropa çempionatı ötən həftə Rusiyanın Soçi şəhərində baş tutub. Azərbaycan yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed