Şrift:
Binəqədi rayonundakı yanğında 12 ağac məhv olub
05.05.2021 [10:52] - Gündəm, Hadisə
Bakı şəhərinin Binəqədi rayonunda 70 kvadratmetr sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 kvadratmetr sahədə əriyib.

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 1188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed