Şrift:
Siyəzəndə silsilə oğurluq edən dəstənin üzvləri saxlanılıb
05.05.2021 [11:09] - Gündəm, Bildiriş
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən və Beşdam kəndləri ərazisində yerləşən beş quşçuluq sexindən isitmə sobaları, elektrik naqilləri, lampalar və digər avadanlıqları oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Siyəzən rayonu Beşdam kənd sakinləri Vüsal Hüseynov, Ziya Məhərrəmzadə və Samir İlyasov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri silsilə oğurluq hadisələrini etiraf ediblər.

Faktlarla bağlı V.Hüseynov, Z.Məhərrəmzadə və S.İlyasov barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin başqa oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.
Bu xəbər oxucular tərəfindən 1401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed