Şrift:
Google və Facebook kəşfiyyatla əlbirdir
03.12.2012 [11:27] - Gündəm, Sosial
WikiLeaks saytının yaradıcısı Culian Assanc bildirib ki, Google və Facebook elə bir informasiya resursudur ki, bir neçə il öncə istənilən kəşfiyyat orqanı onun olmasını yalnız xəyal edə bilərdi.
Assanc deyib: “Elə saytlar var ki, ilk öncə yalnız ümumi istifadə üçün yaradılıb. Lakin sonradan onlar işlədilərək Amerika xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün əlavə mexanizmlərə çevrilib. Adi istifadəçilər izlənildiklərini bilmədən Google və Facebook-da sirlərini açırlar. Belə “etiraf”lar isə kəşfiyyatın işinə yarayır. Ən sıravi xəfiyyə belə sosial şəbəkədə illərlə çözə bilmədiyi suallara cavab tapa bilər. Sadəlövh istifadəçilərin yazdıqları “etiraflar” yaddaşda saxlanılır və lazım olduqda onlardan istifadə edilir”.

Assanc daha sonra bildirib ki, Google da bütün axtarışları yadda saxlayır. Siz 1 il, 3 ay, 5 ay əvvəl axtardığınızı unuda bilərsiniz, amma Google əsla unutmaz. Təhlükəli məqamlarda yazılar beynəlxalq rabitə kanalları vasitəsilə “tutulur”.
Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed