Şrift:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10.05.2021 [12:57] - Xəbərlər, Siyasət
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Astara rayonunda silsilə tədbirlər keçirilib. Rayonun idarə müəssisə və təşkilatlarında mədəniyyət müəssisələrində, ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə böyük rəhbərin xatirəsi məhəbbətlə anılıb, onun Vətən və xalq qarşısında əvəzolunmaz xidmətləri yüksək dəyərləndirilib.

Ümummilli lider Heydər Əliyevin doğum günü əlaqədar rayonda keçirilən ümumrayon iməciliyi və ağacəkmə aksiyasına mütəşəkkilliklə, böyük həvəslə qatılan rayon ictimaiyyətinin nümayəndələri, əslində, Ulu Öndərə sonsuz məhəbbətlərini ifadə ediblər.

Mayın 10-da rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların və ictimaiyyətin təmsilçiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed