Şrift:
Türkiyədə 17 gün davam edən tam qapanma rejimi başa çatıb
17.05.2021 [10:55] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində 17 gün fasiləsiz davam edən tam qapanma rejimi başa çatıb.

Bu gündən etibarən qardaş ölkədə qismən normallaşma mərhələsinə keçilib.

Bu mərhələdə “Evdə qal!” rejimi həftənin ilk beş günü saat 21:00-dan ertəsi gün saat 05.00-dək, həftə sonları isə cümə günləri 21:00-dan bazar ertəsi 05.00-dək davam edəcək. Ölkənin iri ticarət mərkəzləri həftənin ilk beş günü saat 10.00-20.00 arasında xidmət göstərəcək. Kütləvi iştirakla toy və nişan mərasimlərinin keçirilməsi iyunun birinədək təxirə salınır. Restoran və yeməkxanaların fəaliyyəti müştəri qəbul etmədən, yalnız paket servis və evə çatdırılma şərtilə bərpa olunur. Məktəblər müəyyən məhdudiyyətlərlə açılır.

Mərhələli normallaşma dövründə qocalar evi və pansionatların ziyarəti müvəqqəti qadağandır. Dövlət müəssisələri həftənin beş günü yerli vaxtla saat 16:00-dək məhdud sayda vətəndaşa qulluq edəcək. Yaşla bağlı qadağalara da dəyişikliklər edilib. Belə ki, bu müddətdə peyvənd olmayan 65 yaşdan yuxarı insanlar saat 10.00-14.00 arasında evdən çıxa biləcəklər.

Bütün bu qaydalar iyunun birinədək davam edəcək və gələn aydan tətbiq olunacaq yeni qaydalarla bağlı ölkənin Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 2230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed