Şrift:
Təbrizin " Traxtur” takımı “Piruzini” məğlubiyyətə uğratdı
04.12.2012 [10:33] - Güney Azərbaycan xəbərləri, İdman
Tehranın Azadi stadionunda yerli vaxtla saat 17:30-da başlayan müsabiqə Təbrizin “Traxtur” futbol takımının qələbəsi ilə yekunlaşdı.

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 17-ci həftəsində keçirilən müsabiqədə “Traxtur”la Tehranın “Piruzi” takımları qarşılaşdı.

Oyunun ikinci hissəsində “Traxtur” tərəfindən 1 qol vuruldu. Qol 82-ci dəqiqədə Seyid Mehdi Seyid Salehi tərəfindən vuruldu.

Bununlada “Traxtur-Piruzi” müsabiqəsi (1 - 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

Məlumata görə, müsabiqəni 20000 nəfərdən çox tamaşaçı izləyib.
Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed