Şrift:
Beyləqan rayonunda ağır yol qəzası olub, üç nəfər ölüb, üç nəfər yaralanıb
31.10.2011 [11:30] - Hadisə
Beyləqanda ağır yol qəzası olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, oktyabrın 30-da nişan mərasimindən qayıdan Masallı və Lənkəran rayon sakinlərinin olduğu “VAZ-2104” markalı maşın qarşıdan gələn “Ford” markalı minik avtomobili ilə toqquşub.

Rayonun Dünyamalılar kəndi yaxınlığında baş verən qəza nəticəsində Masallı rayonu Türkəvar kənd sakinləri Nəsirov Fəxrəddin İslam oğlu, Nəsirova Rəfiqə Süleyman qızı və Lənkəran rayon sakini İltifat Şuşayev hadisə yerində ölüb.

Lənkəran rayon Şiləvar kənd sakini Abbasova Yusifə Ələkbər qızı, Masallı rayon Şatıroba kənd sakini Nəzərov Ramin Rabit oğlu və Beyləqan şəhər sakini Cabbarov Cabbar Möhübbət oğlu ağır xəsarətlər alıblar. Onlar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-nın Qarabağ bürosuna bildirilib ki, yaralılardan birinin vəziyyəti daha ağır olduğundan paytaxta göndərilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed