Şrift:
Almaniya kansleri ölkədəki nümayişlərdə İsrail əleyhinə səslənən şüarları pisləyib
24.05.2021 [10:37] - Xəbərlər, Siyasət
Yaxın Şərqdəki hadisələrə münasibət bildirmək üçün şənbə günü bütün Almaniyada nümayişçilər küçələrə çıxıb.

2 min nəfərin iştirak etdiyi ən genişmiqyaslı aksiyalar paytaxtın mərkəzində və Frankfurtda keçirilib. Drezdendə günortadan sonraya planlaşdırılan digər böyük üçüncü nümayiş isə polisə təqdim olunan ekstremist şüarlar səbəbindən son anda qadağan edilib.

Ölkə kansleri Angela Merkel vətəndaşları antiisrail xarakterli transparantlarla “qırmızı xətti” keçməmələri barədə xəbərdarlıq edib.

“Əsas Qanun ifadə azadlığı və dinc toplaşmaq hüququnu təmin edir. Lakin bu, digər dinlərə mənsub insanlara hücum etməyə əsas vermir. Zorakılığın və irqçiliyin təbliğinə yol vermək olmaz”, – deyə o xalqa etdiyi videomüraciətdə bildirib.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed