Şrift:
Şəhid Allahverdi Tağıyevin xatirəsi anılıb
25.05.2021 [10:33] - Xəbərlər, Hərb
İmişlidən olan şəhid Allahverdi Tağıyevin doğum günündə xatirəsi əziz tutulub. Şəhidin məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

Mayın 24-də Vətən müharibəsi şəhidi, müddətdən artıq hərbi qulluqçu Tağıyev Allahverdi Əkbər oğlunun doğum günüdür. Şəhidin 29-cu doğum günü dünyaya göz açdığı İmişli şəhərində qeyd olunub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi tərəfindən Allahverdinin ailəsi və dəfn olunduğu rayonun Çahar kənd qəbiristanlığında olan məzarı ziyarət edilib. Şəhidin məzarına gül dəstələri düzülərək, ruhuna dualar oxunub.

Ziyarət zamanı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılıb. Qeyd edilib ki, həmin qələbədə payı olan Allahverdi Tağıyev kimi qəhrəman oğullarımızla bu gün hər birimiz fəxr edirik. Diqqətə çatdırılıb ki, 44 günlük zəfər yürüşündə əldə etdiyimiz qələbə Azərbaycan tarixinə yazılan ən şanlı səhifə olaraq qalacaq.

Qeyd edək ki, Şəhid Allahverdi Tağıyev Vətən müharibəsinin 31-ci günündə, oktyabrın 27-də şəhadətə qovuşub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 1810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed