Şrift:
İranın nüvə proqramının monitorinqi bir ay müddətinə uzadılıb
25.05.2021 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramının monitorinqi daha bir ay müddətinə uzadılıb.

Bu barədə məlumatı AEBA-nın baş direktoru Rafael Qrossi verib. O bildirib ki, rəsmi Tehranla əldə edilmiş texniki razılaşmaya əsasən ölkənin nüvə obyektlərində hazırkı təftiş qaydalarının müddəti iyunun 24-dək uzadılıb.

Qərb diplomatik dairələri ötən günlərdə İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair 2015-ci ildə bağlanmış sazişin iflasa uğrama təhlükəsi barədə xəbərdarlıq edirdilər. R.Qrossi bildirib ki, müvəqqəti razılaşma ideal sayıla bilməz, lakin bu razılaşma ən azından ”gözüyumulu uçuşa” keçid təhlükəsinin qarşısını alır və mühüm informasiya təminatını qüvvədə saxlayır.

Qeyd edilməlidir ki, bu ilin fevral ayından etibarən AEBA-nın İrandakı nəzarət cihazlarına giriş imkanları dayandırılıb və bunun əvəzində isə digər təftiş metodları ilə məhdudlaşdırılıb. İran və ABŞ arasında nüvə sazişinin bərpasına dair razılaşma əldə olunacağı təqdirdə, toplanan məlumatlardan istifadəyə icazə verilməlidir. R.Qrossi bildirib ki, hazırkı qaydaların müddətinin uzadılmayacağı təqdirdə, son üç ayda toplanan məlumatların silinməsi təhlükəsi mövcud idi.

İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişə əməl edilməsi bu ölkəyə qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu. ABŞ bu sazişi birtərəfli qaydada tərk etdikdən və sanksiyaların ləğvindən imtina etdikdən sonra İran öz nüvə mərkəzlərinə giriş və təftişin məhdudlaşdırılması yolu ilə danışıqlara təsir göstərməyə çalışır.

Qeyd edək ki, bu həftə Vyanada nüvə sazişinin xilası üçün danışıqlar Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və Çinin təmsilçilərinin iştirakı ilə davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed