Şrift:
Amsterdamda “Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri” mövzusunda konfrans keçiriləcək
05.12.2012 [10:01] - Gündəm, Diaspor
Mərkəzi qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) 10 dekabr - Dünya İnsan Haqları Günündə Avropa Türk Demokratları Birliyi (UETD), Türk Evi Araşdırma Mərkəzi, EkoAvrasiya və ATXƏM təşkilatları ilə birlikdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri” mövzusunda konfrans keçirəcək.

Konfransı keçirməkdə məqsəd Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi, mədəniyyət və incəsənət abidələrinin dağıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmaqdan ibarətdir.

Konfransın işində Qafqaz Araşdırmalar Mərkəzinin, Ahi Evran Universitetinin, beynəlxalq insan haqları təşkilatlarının, siyasi dairələrin nümayəndələri və diplomatlar iştirak edəcəklər.

Konfransda qəbul olunacaq qərarlar dünya mətbuatına, siyasi və akademik dairələrə, beynəlxalq insan haqları təşkilatlarına ünvanlanacaq.

Konfransa Azərbaycanın, qardaş Türkiyənin və digər türkdilli dövlətlərin rəsmləri də dəvət olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed