26.05.2021 [10:01] - Gündəm, İdman
Cari ildə keçirilməsi planlaşdırılan Tokio Olimpiya və Paralimpiya Oyunlarının rəsmi tərəfdaşı olan “Asahi Shimbun” qəzeti Yaponiya hökumətini yarışları ləğv etməyə çağırıb.
Bu barədə qəzetin mayın 26-da nəşr olunan sayında yer almış məqalədə bildirilir.
Qəzetin “Redaktor rəyi” bölməsində yer alan məqalədə deyilir: “Yeni növ koronavirusun yayılmasının qarşısı hələ də alınmayıb, Tokioda və bir sıra digər regionlarda isə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılacağı gözlənilir. Belə olan halda, biz Tokioda Olimpiya Oyunlarının təşkilini düzgün addım hesab etmirik. Biz Baş naziri yaranmış vəziyyəti ayıq başla qiymətləndirməyə və qarşıda gözlənilən yarışları ləğv etməyə çağırırıq”.
Məqalədə qeyd edilir ki, bu ərəfədə Yaponiyada Olimpiya Oyunlarının məqsədəuyğunluğu barədə keçirilən ictimai rəy sorğusunda respondentlərin təqribən 60 faizi Tokio Olimpiya və Paralimpiya Oyunlarının ləğvini dəstəkləyiblər. Yarışların məhdud sayda tamaşaçılarla keçirilməsini rəyi soruşulanların yalnız 12,6 faizi, boş tribunlar təklifini isə 25 faizi müdafiə edib.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiya və Paralimpiya Oyunları koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb və yarışların cari il iyulun 23-dən sentyabrın 5-dək təşkil edilməsi planlaşdırılır. Martın 20-də təşkilatçılar Oyunları əcnəbi azarkeşlər olmadan keçirmək barədə qərar qəbul ediblər. Yapon tamaşaçıların yarışlara buraxılması barədə qərar isə, iyunda ölkədə koronavirusla bağlı vəziyyət nəzərə alınaraq qəbul ediləcək.

Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |