Şrift:
Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Siyasi məhbusların azadlığına səs verirəm”
31.05.2021 [09:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beləki milli fəallar şəhər küçələrində divarlara müxtəlif şüarlar yazıb, İran hökumətinin seçki şousuna istehza edib, tanınmış milli fəal Abbas Lisani başda olmaqla güney azərbaycanlı siyasi məhbusların azad olunmasını tələb ediblər.

Divaralra “Mən Abbas Lisaninin azadlığına səs verirəm”, “Mən siyasi məhbusların azadlıq haqqına səs verirəm”, “Səsim Abbas Lisaniyə”, “Azərbaycan xalqının seçilmiş nümayəndəsi həbsxanadadır” kimi şüarlar şüarları yazılıb.

Milli fəallar bununla xalqın diqqətini siyasi məhbuslara çəkməyə çalışıblar

Qeyd edək ki, inhisarçı idarəetmə sistemi,azərbaycanlı və digər qeyri-farsların siyasi və mədəni fəaliyyətinə ciddi məhdudiyyət qoyulduğu, çoxlu sayda fəal siyasi baxışlarına görə həbsxanalara salındığı üçün prezident seçkiləri praktik olaraq öz önəmini itirib.

Hakimiyyət bu seçki təbliğatı və oyunundan yalnız legitimlik qazanmaq uğrunda bir vasitə kimi istifadə etməyə çalışır.

Həbsdə olan azərbaycanlı siyasi məhbuslardan biri tanınmış fəal Abbas Lisanidir.

Abbas Lisani 2019-cu ilin yanvar ayının 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb.

Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

2020-ci ilin oktyabr ayından bəri Abbas Lisaniyə qarşı təzyiqlər şiddətlənib.

Ona yaxınları ilə görüşə və telefon danışığına icazə verilmir.

Abbas bəy koronavirus pandemiyasının geniş yayıldığı bir vaxtda normal tibbi, müayinə-müalicə xidmətindən məhrum edilib, girov qoyulmasına baxmayaraq “yuxarılardan yazılı göstəriş gəlməyib” bəhanəsi ilə tibbi məzuniyyətə buraxılmayıb.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda həbs cəzalarını azaltma qanun maddəsindən faydalanmasını rədd etmişdi.

Beynəlxalq İnsan Haqları Təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Qeyd edək ki, Abbas Lisaninin həbsi və ona qarşı göstərilən təzyiqlərdə əsas qərar verən şəxslərdən biri Ərdəbil Məhkəmə Sisteminin başçısı Nasir Ətəbati olub.

O, ötən həftə Qərbi Azərbaycan Məhkəmə Sisteminin başçısı təyin edilib.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed