Şrift:
Günay Məmmədzadə şahmat üzrə Qran-Pri turnirində növbəti qarşılaşmasını keçirib
01.06.2021 [10:05] - Gündəm, İdman
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə növbəti qarşılaşmasını keçirib.

Mayın 31-də keçirilən doqquzuncu tur çərçivəsində şahmatçımız ukraynalı Anna Muzıçuk ilə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. G.Məmmədzadə ötən 9 turun nəticəsinə görə, 5,5 xalla turnir cədvəlində 2-4-cü yerləri bölüşür.

Turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya Ukraynanın digər təmsilçisi Mariya Muzıçuk, Katerina Laqno rumıniyalı İrina Bulmaqa üzərində qələbə qazanıb, Valentina Qunina isə turnir cədvəlinin lideri qazaxıstanlı Jansaya Abdumalikə uduzub. Gürcüstanlı Nana Dzaqnidze isə Bolqarıstanlı Antoaneta Stefanovaya qalib gəlib. Qazaxıstanın digər təmsilçisi Dinara Saduakassova almaniyalı Elisabet Paets ilə heç-heçə ediblər.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed