Şrift:
Ümumdünya Ticarət Təşkilatının on ikinci Nazirlər Konfransına Qazaxıstan rəhbərlik edəcək
01.06.2021 [10:07] - Xəbərlər, İqtisadiyyat
Qazaxıstanın rəhbərlik edəcəyi Ümumdünya Ticarət Təşkilatının 12-ci Nazirlər Konfransı bu ilin noyabr ayının sonu - dekabr ayının əvvəlində keçiriləcək.

Bu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okoncio-İveala ilə görüşündə açıqlayıb.

Videokonfrans formatında keçirilən danışıqlar zamanı K.J.Tokayev bu yaxınlarda ÜTT-nin rəhbəri vəzifəsinə seçilməsi münasibətilə həmsöhbətini təbrik edib və təşkilatla əməkdaşlığın Qazaxıstanın prioritetlərindən biri olduğunu vurğulayıb.

Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan ÜTT-nin rəhbərliyi ilə təşkilata üzv dövlətlər, vaksin istehsalçıları və mövcud vaksinlərə ehtiyacı olan ölkələr arasında dialoqu dəstəkləyir.
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed