Şrift:
Özbəkistanda “Style” adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib
01.06.2021 [10:12] - Gündəm, İqtisadiyyat
Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

Özbəkistan mətbuatına istinadla xəbər verir ki, “Style” adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed