Şrift:
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə analara və körpələrə dəyərli hədiyyə
01.06.2021 [10:21] - Xəbərlər, Sosial
Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər kəsin borcudur. Dünyaya göz açan fidanlarımızın mənəvi dəyərlər əsasında təlim və tərbiyəsi günün zəruri tələbidir.

Uşaq tərbiyəsi hamiləlik dövrü ilə başlayır!

İyun ayının 1-dən belek.az saytı istifadəyə verilir.

Saytda hamilə qadınları narahat edən suallara cavab, gənc anaları düşündürən bütün məsələlər və problemlərlə bağlı ətraflı məlumatlar yer alacaq, peşəkar mütəxəssislərin dəyərli məsləhətləri işıqlandırılacaq.

Eyni zamanda, saytda hamilə qadınların düzgün qidalanması, körpələrin ana bətnindən başlayan sağlamlığı və inkişafı ilə bağlı aktual mövzular, uşaqların psixologiyası, intellektuallığı, hamilə qadınların düzgün qidalanma qaydaları və digər mövzularda mütəxəssislərin iştirakı ilə daim yenilənən videoçarxlar yerləşdiriləcək.

Valideynlər belek.az saytını instaqram və feysbuk üzərindən də izləyə biləcəklər.

Yaxın günlərdə, həmçinin əcnəbi mütəxəssislər tərəfindən xüsusi olaraq hazırlanmış “Belek Kids Klub” adlı əyləncəli proqram istifadəyə veriləcək. Bu proqram vasitəsilə uşaqlar intellektual, maarifləndirici və əyləncəli oyunlarla tanış olacaq. “Belek Kids Klub” musiqi və sənətkarlıq yolu ilə müsbət həyat bacarıqlarını öyrətmək üçün hazırlanmış əyləncəli bir proqramdır. Tətbiq ediləcək proqram körpələrə şəxsi inkişafla bərabər cəmiyyət içərisində davranış formalarını, valideynlərə isə rəftar metodlarını mənimsəməkdə kömək göstərəcək.

Klub bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed