Şrift:
Moldovada Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib
01.06.2021 [10:31] - Gündəm, Sosial
Moldova Azərbaycanlıları Konqresi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirib.

Bədii-əyləncəli tədbirdə 300-dən çox uşaq iştirak edib. Onların əksəriyyəti Moldovanın bölgələrində, o cümlədən Qaqauziya Muxtar Vilayət Ərazisində yerləşən uşaq evlərinin təmsilçiləri olub. Uşaqlar attraksiondan istifadə ediblər, elan edilən şer və rəsm müsabiqəsində iştirak ediblər.

Tədbirin sonunda Moldova Azərbaycanlıları Konqresi uşaqlara hədiyyələr təqdim edib.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed