Şrift:
Əhmədinejadın müavininə sui-qəsd: Səid Tahiri Tehranda güllələndi
01.06.2021 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, əlində çəlik gəzdirən və özünü kor kimi aparan naməlum şəxs, dünən sübh saatlarında Səid Tahirini evindən çıxarkən qətlə yetirib. Şahidlərin dediyinə görə, həmin şəxs əlindəki tapança ilə üç dəfə Səid Tahiriyə atəş açdıqdan sonra yaxında dayanmış avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.


Qarnından və bədəninin digər nahiyələrindən üç güllə yarası alan Səid Tahiri yerindəcə keçinib.


Bildirilir ki, naməlum şəxs terror aktı törətdikdən az sonra Cəmşidiyyə parkında əynindəki paltarları tələsik dəyişəndən sonra hadisə yerindən qaçıb.


Terror aktını törədən şəxsin kimliyi bəlli olmasa da, bəzi mınbələr qətlin siyasi motiv daşıdığını və bunu hakimiyyətin Əhmədinejada qarşı ciddi xəbərdarlığı kimi qiymətləndirdiklərini bildirilir.


Xatırladaq ki, İranda keçiriləcək 13-cü prezident seçkilərinə namizədliyini irəli sürən və Konstitusiyaya Nəzarət Şurasında prezidentliyə səlahiyyəti rədd olunan Əhmədinejad son günlər bir sıra qırmızı xətləri keçərək, hakimiyyətə qarşı ifşaedici bəyanatlar səsləndirir.


Əhmədinejad həmçinin seçkiləri boykot etdiyini bildirib. O, heç bir namizədə səs verməyəcəyini bildirməklə dolayısı ilə tərəfdarlarını seçkiləri boykot etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed