Şrift:
Sarabda əməliyyat: Tarixi əsər qaçaqmalçıları saxlanılıb
01.06.2021 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının mühafizə bölməsinin rəisi, polkovnik Kazım Dadaşi məlumat verib.

İyunun 1-də mətbuata açıqlama verən polkovnik bildirib ki, tarixi əsərlər qaçaqmalçılarına qarşı xüsusi əməliyyat həyata keçirilib.


Əməliyyat nəticəsində Sarab mahalının tarixi bölgəsində 7 nəfər tarixi əşya qaçaqmalçısı qanunsuz qazıntı apararkən Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının mühafizə bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Kazım Dadaşi bildirib ki, qaçaqmalçılar qanunsuz qazıntı üçün istifadə etdikləri avadanlarla birgə barələrində cinayət işi açılması üçün məhkəmə orqanlarına verilib.

Qeyd edək ki, İran hökuməti tərəfindən Güney Azərbaycanın müxtəlif bölgələrində olan tarixi abidələrə lazımi diqqət göstərilmir. Qorunmayan bu aidələr yerli və kənardan gələn tarixi əşya qaçaqmalçıların apardığı qazıntılar nəticəsində dağıdılır və məhv edilir.

Az hallarda saxlanılan saxlanılan cinayətkar dəstələr isə yerli əhalinin təşəbbüsü və müraciətləri əsasında baş verir.

Qeyd edək ki, son statistikaya görə 135 min nəfər əhalisi olan Sarab mahalı Təbrizin şimal şərqində 130 kilometr məsafədə yerləşir.
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed