Şrift:
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlanır
02.06.2021 [11:08] - Xəbərlər, Mədəniyyət
Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlanır.

Bu barədə Təhsil İnstitutundan bildirilib. Onlayn formatda təşkil olunacaq sınaq imtahanları ibtidai təhsil (8 iyun / 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun / 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun / 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun / 09:00, 12:00, 16:00), tarix (16 iyun / 09:00, 12:00, 16:00), fizika (16 iyun / 09:00, 12:00, 16:00), biologiya (17 iyun / 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun / 09:00, 12:00, 16:00), informatika (18 iyun / 09:00, 12:00, 16:00) və kimya (18 iyun / 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak etmək olar: https://ttm.edu.az/

Sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat iyunun 6-sı saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə iyunun 7-də başlayıb iyunun 17-si saat 23:59-da bitəcək. Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallar üçün 012 430 57 79 və 012 430 90 81 nömrələri ilə əlaqə saxlamaq olar. Çağrı mərkəzi həftənin bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Qeydiyyat və texniki problemlərlə əlaqəli suallar üçün 070 861 39 72, 055 656 13 95, 050 671 93 19 nömrələri ilə əlaqə saxlamaq mümkündür. Çağrı mərkəzi həftənin bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a, şənbə günü 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed