Şrift:
Qərbi Azərbaycan əyalətində 120 tarixi abidə acınacaqlı durumdadır
02.06.2021 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin dirrektoru əyalətdə ən azı 120 tarixi abidənin yenidən qurma və təmirə ehtiyacı olduğunun deyib. O, abidələrdən 50-nin yıxılmaq üzrə olduqları üçün təmirinin təcili şəkildə başlamasının vacibliyini bildirib.

Cəlil Cabbari əyalətin 1700 tarixi əsərinin milli əsərlər siyahısında qeydiyyata alındığını vurğulayaraq, onlardan 227-nin tarixi körpü, ev, qala və saraylardan ibarət olduğunu söyləyib.

"İRNA" informasiya agentliyinə müsahibə verən Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin dirrektoru bu əsərlərin qorunub saxlanılmasının zəruriliyini bildirib və deyib ki, bunun üçün ildə ən azı 10-15 milyard tümən vəsait ayrılmalıdır.

O, hal-hazırda təmirə ehtiyacı olan abidələr arasında tarixi Qalacıq tikilisi, Ağ Kilisa, “Şəhrəbani Maku” (Makı polis idarəsi) binası, Məhəmməd Bəy hamamı və Dərəxan karvansarayı, Pənahkəndi bəndi, Yorqun Ağac və Durbaş hamamları, Yəqub Ənsari evi, Urmunun Teleradio binası, Qara Ağac və Vəkilbaşı məçidləri, Şeyx Sədrəddin məqbərəsi, Urmunun Antropologiya Muzeyi və onlarla başqa abidənin olduğuna diqqət çəkib.

Qərbi Azərbaycan əyalətinin qeydə alınmış 1700 tarixi abidə və əsərindən ikisi, Tikantəpənin Təxti Süleyman və Çaldıranın Qara Kilisası UNESCO-nun Dünya Mədəni İrs siyahısına salınıb.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed