Şrift:
Çində dəmir yolunda bədbəxt hadisədə 9 nəfər ölüb
04.06.2021 [10:41] - Gündəm, Hadisə
Çinin Qansu vilayətində dəmir yolunda baş verən bədbəxt hadisə nəticəsində 9 nəfər ölüb.

Vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5:25-də Cinçen şəhərində baş verib. Lancou-Sincan xətti üzrə hərəkət edən qatar dəmir yolunda təmir işləri aparan fəhlələri vurub. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Bu xəbər oxucular tərəfindən 1445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed