Şrift:
İŞİD-in Liviyada törətdiyi terror aktı nəticəsində ölənlər və yaralananlar var
08.06.2021 [09:56] - Gündəm, Sosial
İŞİD terror təşkilatının Liviyanın cənubunda yerləşən Səbha şəhərində törətdiyi partlayış nəticəsində 2 polisin həlak olduğu, 4 nəfərin yaralandığı bildirilir.

Terror aktını üzərində iki partlayıcı qurğu olan terrorçu-kamikadze törədib. Partlayış bir inzibati binanın önündəki yoxlama-keçid məntəqəsində baş verib. İnsidentdən sonra teleqram kanalında açıqlama verən İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Sülhün dayanıqlı olmadığı və hər an yeni münaqişənin baş verə biləcəyi Liviyada keçici hökumətə dəstək verən Misir İŞİD-in terror aktını qətiyyətlə pisləyən bəyanat yayıb. Rəsmi Qahirə təxribatların və terror aktlarının qarşısını almaq üçün Tripoliyə yardım göstərməyə hazır olduğunu bəyan edib.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed