Şrift:
İstanbul hava limanında tədricən normallaşma mərhələsinə keçilib
09.06.2021 [10:06] - Xəbərlər, Sosial
Dünyanın ən böyük aeroportlarından olan İstanbul hava limanında yeni növ koronavirus tədbirləri çərçivəsində tədricən normallaşma mərhələsinə keçilib.

Normallaşmanın ilk həftəsi, yəni, iyunun 1-dən 7-dək bu aeroportdan gündəlik 665 uçuş olmaqla, ümumilikdə 4659 reys həyata keçirilib.

Bununla bağlı Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) hesabatında bildirilir.

Məlumatda qeyd edilir ki, bu müddət ərzində İstanbul hava limanından gündə ortalama 80 min 596 nəfər olmaqla, ümumilikdə 564 min 176 sərnişin istifadə edib.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed