Şrift:
Bakir İzetbeqoviç: Ağdamda bu cür dəhşətli mənzərə ilə qarşılaşacağımı gözləmirdim
09.06.2021 [10:32] - Xəbərlər, Sosial
Ağdamda bu cür dəhşətli mənzərə ilə qarşılaşacağımı gözləmirdim. Mən Ağdam şəhərini görəcəyimi düşünürdüm. Amma burada şəhər yoxdur. Qəbirlər qazılıb, məscid təcavüzə məruz qalıb. Bu dağıntılardan da məlumdur ki, şəhəri işğal edənlərin məqsədi burada yaşamaq olmayıb.

Bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç bildirib.

O, Ağdamın yenidən qurulacağına əminliyini ifadə edərək deyib: “Şükür Allaha ki, Azərbaycan Ordusu qələbə qazandı. İndi əsas hədəf bu əraziləri yenidən qurmaqdır. Azərbaycan Ağdamı əvvəlki kimi gözəl bir yerə çevirəcək. Mən buna əminəm. Bu hadisələr Bosniyadakı hadisələrə çox oxşayır. Bir zamanlar Bosniyanın paytaxtı da bu vəziyyətə salınmışdı. Onlar da qəbirləri qazaraq şəhidləri çıxarırdılar. Bosniya və Azərbaycan xalqlarının daha bir ortaq cəhəti də odur ki, hər iki xalq sülh arzulayır. Hər iki xalq dağıtmaq yox, yenidən qurmaq istəyir, əlaqələri inkişaf etdirmək, mehribançılıq istəyir. Mən Azərbaycan xalqını və rəhbərliyini bu qələbə münasibəti ilə təbrik edirəm”.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed